İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun geniş tərkibdə görüşü olub

22 iyul 2015, 12:50
İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun geniş tərkibdə görüşü olub

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Cənab prezident, Azərbaycana xoş gəlmisiniz.

Sizi yenidən görməyimə çox şadam. Bütün nümayəndə heyətiniz xoş gəlib. Bu, bizim əlaqələrimizdə əhəmiyyətli gündür. Sizin səfəriniz Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafında mühüm addımdır. Biz əlaqələrimizin inkişafından çox razıyıq. Biz çox şeyə nail olmuşuq və sözsüz ki, gələcək üçün planlarımız var.

Bu gün biz əməkdaşlığımızın perspektivlərini müzakirə edəcəyik. Hələlik isə bizim mövqeyimizə gəlincə, biz gündəliyin çox geniş olmasından, Azərbaycan, Avropa və regional təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edən bir çox sahələri əhatə etməsindən razıyıq.

Biz sözsüz ki, əsas diqqəti siyasi dialoq, iqtisadi əməkdaşlıq, ticarət əlaqələri, enerji təhlükəsizliyi və digər ənənəvi sahələrə cəmləşdirməklə tərəfdaşlığımızı dərinləşdirməyi, əlaqələri intensivləşdirməyi və əməkdaşlıq üçün yeni sahələr tapmağı planlaşdırırıq. Ona görə də ümidvaram ki, səfəriniz zamanı nə etdiyimizi və hansı işləri planlaşdırdığımızı müzakirə etmək üçün yaxşı imkanımız olacaq. Sözsüz ki, Avropa İttifaqı-Azərbaycan əlaqələri yüksələcək və qarşılıqlı şəkildə faydalı, Avropa və Azərbaycanın maraqlarını, regional təhlükəsizlik və regional inkişaf kimi məsələləri əks etdirən yeni mərhələyə qədəm qoyacaq. Bir daha xoş gəlmisiniz.

X X X

Avropa İttifaqı Şurasının prezidenti Donald TUSK dedi:

-Çox sağ olun cənab Prezident. Xüsusilə dəvətinizə və qonaqpərvərliyinizə görə Sizə təşəkkür edirəm. Mən Bakıya ilk səfərimi çox yaxşı xatırlayıram. Bu, 5 il bundan əvvəl olub. Lakin bu, mənim Avropa İttifaqı Şurasının prezidenti kimi ilk səfərimdir. Təmkinli olduğunuza görə Sizə təşəkkür edirəm. Bildiyiniz kimi, mən Avropadakı problemlərlə əlaqədar Azərbaycana səfərimi təxirə salmalı olmuşdum. Məni başa düşdüyünüz üçün Sizə təşəkkür edirəm. İndi mən buradayam və razıyam.

Prezident İlham ƏLİYEV: Xoşbəxtlikdən bütün çətin zamanlar artıq geridə qalıb.

Donald TUSK: Cənab Prezident, mən Sizin qədər nikbin deyiləm. Lakin ümidvaram ki, Yunanıstanla bağlı olan bu böyük problemin öhdəsindən gələ biləcəyik. Bir daha Sizə təşəkkür edirəm.

Bildiyiniz kimi, mənim üçün burada olmaq təkcə dostluq baxımından deyil, ilk növbədə, Sizin qeyd etdiyiniz sahələrdəki əlaqələrimizin vacibliyi baxımından böyük əhəmiyyət kəsb edir. Şəxsən mənim üçün əməkdaşlığımızla əlaqəli olan “Enerji Birliyi” adlanan ideya baxımından əlaqələrimiz böyük əhəmiyyət kəsb edir. Avropa olaraq bizim üçün bu sahədə əməkdaşlığımız təkcə işbirliyindən ibarət deyil, əslində bu, enerji resursları marşrutlarının şaxələndirilməsi üçün strateji seçim və strateji imkandır.

X X X

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın indiki vəziyyəti və perspektivləri barədə geniş fikir mübadiləsi aparıldı. Qeyd olundu ki, Azərbaycan ilə Avropa İttifaqı arasında indiyə qədər həm Avropa İttifaqı strukturları, həm də Avropa ölkələri ilə geniş və çoxtərəfli əməkdaşlıq həyata keçirilir. Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi, siyasi, ticari, enerji, mədəni, idman və digər sahələrdə əməkdaşlıq məmnunluq doğurur. Bildirildi ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın məzmunu və forması daha da dəqiqləşdirilməli və konkretləşdirilməlidir. Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənədin tezliklə hazırlanıb imzalanmasının vacibliyi qeyd olundu.

X X X

Sonra Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk arasında söhbət təkbətək görüşdə davam etdirildi.

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 13 may 2024
13:18
Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası...

13 may 2024, 13:18
SƏNƏDLƏR Fərmanlar 13 may 2024
13:16
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 aprel tarixli 1141-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi...

13 may 2024, 13:16
SƏNƏDLƏR Qanunlar 13 may 2024
13:14
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun...

13 may 2024, 13:14
SƏNƏDLƏR Fərmanlar 13 may 2024
12:57
“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 661-VIQ nömrəli Qanununun tətbiqi və...

13 may 2024, 12:57