25 aprel 2024, 18:48

Babək Məmmədovdan, Gəncə, Azərbaycan

Cənab Ali Baş Komandan, möhtərəm Prezident.

Biz idmançılara hədiyyə olaraq açılışını etdiyiniz möhtəşəm Gəncə İdman Sarayına və təməlini qoyduğunuz futbol stadionuna görə Sizə idmançılar adından dərin təşəkkürümü bildirirəm.

Gəncə sakinləri şəhərin bugünkü mənzərəsi və sosial-iqtisadi inkişafı ilə haqlı olaraq qürur duyur, fəxr edirlər. Bu işdə Sizin əməyiniz böyükdür. Sizin Gəncəyə çoxsaylı səfərləriniz şəhərimizin inkişafında və gözəlləşməsində müstəsna rol oynamışdır.

Qədəmləriniz mübarək olsun, cənab Prezident!

Hörmətlə,

Məmmədov Babək.

Azərbaycan Respublikası, Gəncə şəhəri.