25 aprel 2024, 11:33

Ləman Qarayevadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Gəncə şəhərində aparılan abadlıq-quruculuq işlərinə görə şəhərimizin sakinləri adından Sizə səmimi-qəlbdən təşəkkür edirəm.

Şəhərimizə son səfəriniz zamanı açılışını etdiyiniz möhtəşəm Gəncə İdman Sarayı Gəncə idmançılarının sevimli məkanına çevrilmişdir. Təməlini qoyduğunuz Gəncə şəhər stadionunun da istifadəyə veriləcəyi günü böyük səbirsizliklə gözləyirik. İnanırıq ki, yeni stadionun açılışından sonra Gəncə futbolu əvvəlki şöhrətini özünə qaytaracaq, bu stadion ən mötəbər futbol yarışlarının, beynəlxalq oyunların keçirildiyi ünvana çevriləcəkdir.

Əziz Prezidentimiz, Gəncə sakinləri şəhərin bu gününə görə Sizə minnətdardırlar.

Hörmətlə,

Qarayeva Ləman.

Azərbaycan Respublikası, Gəncə şəhəri.