25 aprel 2024, 16:25

Tamilla Rzayevadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin Gəncə şəhərinə səfəriniz sakinlərdə böyük ruh yüksəkliyi və şəhərimizdə bayram ab-havası yaratdı. Hər səfərinizdən sonra qədim Gəncəmizə yeni nəfəs verilir. Şəhərdə görülən abadlıq-quruculuq işləri sakinlər tərəfindən böyük minnətdarlıqla qarşılanır. Hər zaman qayğınızı və diqqətinizi hiss edirik. Buna görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, uzun ömür, ölkəmizin tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Allah Sizi və ölkəmizi qorusun.

Hörmətlə,

Rzayeva Tamilla Zahir qızı.

Azərbaycan Respublikası, Gəncə şəhəri.