25 aprel 2024, 14:13

Fazilə Əliyevadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Gəncə şəhərinə növbəti səfəriniz hər zaman olduğu kimi bizi çox sevindirdi. Səfər çərçivəsində qədim Gəncə diyarında açılışını etdiyiniz idman sarayı bizim üçün çox əlamətdar hadisə oldu. Göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirəm.

Cənab Prezident, bu gün xalqımız çox xoşbəxtdir. Respublikamızın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Doğma Qarabağımızda aparılan bərpa-quruculuq işləri bizi çox fərəhləndirir. Sizə ən xoş arzularımızı bildiririk.

Hörmətlə,

Əliyeva Fazilə Bayramovna.

Azərbaycan Respublikası, Gəncə şəhəri.