25 aprel 2024, 12:05

Südabə Mahmudovadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin tapşırıq və tövsiyələrinizə uyğun olaraq son illərdə Gəncə şəhərində aparılan abadlıq-quruculuq istiqamətində görülən işlər şəhər sakinləri tərəfindən də böyük rəğbətlə qarşılanır. Şəhərimizə son səfəriniz də hamımızı çox sevindirdi və qürurlandırdı.

Azərbaycanın ikinci böyük şəhəri Sizin sayənizdə günü-gündən gözəlləşir. Abadlıq-yenidənqurma işləri şəhərin mərkəzi ilə yanaşı, şəhərətrafı qəsəbələrdə də aparılır.

Yeni istirahət mərkəzləri sakinlərin ixtiyarına verilir, təzə salınmış parklar, təmir olunmuş yollar göz oxşayır.

Nizami yurduna hər zaman göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirik.

Hörmətlə,

Mahmudova Südabə Mirəli qızı

Azərbaycan Respublikası, Gəncə şəhəri.