25 aprel 2024, 15:31

Tural Şabanovdan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız.

Siz, Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq torpaqlarımızı işğaldan azad etdiniz. Sizin gördüyünüz işlər siyasət, hərb, diplomatiya və digər sahələrdə necə mahir olduğunuzu göstərir. Bu məktubumla Gəncə ictimaiyyəti adından Sizə öz dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirirəm. Sizinlə fəxr edirik.

Mən şəxsən özüm ölkənin siyasi və ictimai həyatını izləyirəm, Sizin siyasətinizi səmimi-qəlbdən dəstəkləyirəm, Sizinlə qürur duyuram. Mən fəxr edirəm ki, azərbaycanlıyam və mənim Sizin kimi Prezidentim var.

Allah Sizə uzun ömür və can sağlığı versin. Hər zaman Sizin arxanızdayıq.

Hörmətlə,

Şabanov Tural.

Azərbaycan Respublikası, Gəncə şəhəri.