25 aprel 2024, 13:50

İsfəndiyar Alverdiyevdən, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin rəhbərliyinizlə görülən işlər şəhərlərimizin, bütün rayon və kəndlərimizin inkişafına təkan verir. Həyata keçirdiyiniz səmərəli iqtisadi siyasət ölkəmizin dayanıqlı inkişafını təmin edib.

Bu gün Sizin diqqət və qayğınızla qədim Gəncə şəhəri gündən-günə inkişaf edir və gözəlləşir.

Sizin Gəncəyə hər gəlişiniz bütün gəncəlilər kimi məni də qəlbən ruhlandırır. Növbəti səfəriniz zamanı Gəncə şəhər stadionunun təməlinin qoyulması, Gəncə İdman Sarayının açılışında iştirakınız onu göstərir ki, Gəncə şəhərindən qayğınızı heç zaman əsirgəməyəcəksiniz.

Azərbaycanı dünya siyasətində ön sıralara çıxaran nailiyyətlərin müəllifi Sizsiniz, ölkəmizin daxili və xarici siyasətindəki uğurlar da Sizin adınızla bağlıdır.

Bu yolda Sizə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Alverdiyev İsfəndiyar.

Azərbaycan Respublikası, Gəncə şəhəri.