24 aprel 2024, 17:35

Elgün Aslanovdan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident.

Gəncə şəhərinə növbəti səfəriniz hər zaman olduğu kimi bizi çox sevindirdi. Səfər çərçivəsində bu qədim diyarda açılışını etdiyiniz Gəncə İdman Sarayı, tikintisi ilə tanış olduğunuz Ekoloji Park Kompleksi və təməlini qoyduğunuz Gəncə şəhər stadionu bizim üçün çox əlamətdar işlərdir.

Nizaminin yurdu Gəncəyə olan xüsusi diqqət nəticəsində şəhərimiz gündən-günə gözəlləşir, inkişaf edir. Gəncənin gözəlliyini yerli sakinlərlə yanaşı, şəhərimizə gələn turistlər də ağızdolusu vurğulayırlar.

Cənab Prezident, şəhərimizin davamlı inkişafı istiqamətində görülən işlərə görə Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Elgün Aslanov,

Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti.

Azərbaycan Respublikası, Gəncə şəhəri.