24 aprel 2024, 12:37

Cümşüd Kərəmovdan, Lənkəran, Azərbaycan

Möhtərəm Prezidentimiz.

Azərbaycan xalqına bəxş etdiyiniz növbəti şanlı qələbə münasibətilə Sizi və ailənizi təbrik edir, eyni zamanda, minnətdarlığımı bildirirəm. Siz Azərbaycanın haqq səsini boğulmağa qoymadınız. Sizin sayənizdə azərbaycanlıların başı dik, alnı açıqdır.

Qazaxın 4 kəndinin geri qaytarılması barədə iki dövlət arasında əldə olunan razılıq xalqımızı sevincə qərq etdi. Torpaqlarımızın hər qarışı bizim üçün əziz və dəyərlidir.

Allah Sizi və ailənizi həmişə var eləsin, cənab Prezident. Allah Sizə möhkəm cansağlığı, uzun ömür, daimi firavanlıq nəsib etsin.

Hörmətlə,

Cümşüd Kərəmov

Azərbaycan Respublikası, Lənkəran rayonu, Kərgəlan kəndi.