24 aprel 2024, 09:44

Elman Həsənovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Siz xalqın inamını və səmimi sevgisini qazanan Lidersiniz. Bu sevgi ilə ucaldığınız zirvəyə öz savadınız, iradəniz, qərar qəbul etmək səriştəniz, insanlara doğru yolu göstərmək, xalqı vahid amal uğrunda səfərbər etmək bacarığınızla çatmısınız. Azərbaycan xalqı Sizinlə fəxr edir!

Etimadını və rəğbətini qazandığınız xalqımız Sizə o qədər güvəndi ki, hər qarşıdan gələn seçkidə daha çox səs çoxluğu ilə qələbə çaldığınız. Məhz verilən sözlərin yerinə yetirilməsinin nəticəsidir ki, bu gün xalq Sizə sonsuz güvənini ifadə edir.

Cənab Prezident, qazandığınız bütün qələbələrlə dünyaya səs salan möcüzə yaratdınız, tarixdə iz qoydunuz. Son 20 ildə Azərbaycanın bütün nailiyyətləri Sizin adınızla bağlıdır və buna görə Sizə minnətdarıq. Sizə daha böyük uğurlar arzulayırıq!

Hörmətlə,

Həsənov Elman

Azərbaycan Respublikası, Bakı şəhəri