“İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 928-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

13 mart 2024, 16:27

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 17-ci bəndlərini rəhbər tutaraq, “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 928-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Su Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 135 (Cild I) 84-cü maddəsinin birinci hissəsinin dördüncü abzasında “istehsalat, məişət tullantıları” sözləri “tullantılar” sözü ilə, beşinci abzasında “istehsalat və məişət tullantılarının” sözləri “tullantıların” sözü ilə əvəz edilsin.

Maddə 2. Azərbaycan Respublikası Meşə Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 139 (Cild I) 59-cu maddəsinin üçüncü hissəsində “istehsalat və məişət tullantılarının” sözləri “tullantıların” sözü ilə əvəz edilsin.

Maddə 3. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 478 (Cild I) 34-cü maddəsinin 5-ci hissəsinin üçüncü abzasında “istehsalat və məişət tullantılarından” sözləri “tullantılardan” sözü ilə əvəz edilsin.

Maddə 4. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 251 (Cild I) 260.2-ci maddəsinin dispozisiyasında “istehsalat və məişət tullantıları ilə” sözləri “tullantılarla” sözü ilə əvəz edilsin.

Maddə 5. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 7, maddə 116; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) 1-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinin “v” yarımbəndində “istehsal və məişət tullantılarında” sözləri “tullantılarda” sözü ilə əvəz edilsin.

Maddə 6. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 224 (Cild I) 21-ci maddəsinin birinci hissəsinin onuncu abzasında “istehsalat və məişət tullantılarının” sözləri “tullantıların” sözü ilə, on üçüncü abzasında “sənaye və məişət tullantılarının” sözləri “tullantıların” sözü ilə əvəz edilsin.

Maddə 7. “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 471 (Cild I) 9-cu maddəsinin 2.2-ci bəndində “istehsalat və məişət tullantılarının” sözləri “tullantıların” sözü ilə əvəz edilsin.

Maddə 8. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 472 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

8.1. 10-cu maddənin birinci hissəsində “məişət və istehsalat tullantılarının” sözləri “tullantıların” sözü ilə əvəz edilsin;

8.2. 24-cü maddənin 1-ci hissəsində “istehsalat və məişət tullantılarının” sözləri “tullantıların” sözü ilə əvəz edilsin;

8.3. 47-ci maddə üzrə:

8.3.1. adında “istehsalat və məişət tullantılarından” sözləri “tullantılardan” sözü ilə əvəz edilsin;

8.3.2. 1-ci və 4-cü hissələrdə “İstehsalat və məişət tullantılarının” sözləri “Tullantıların” sözü ilə əvəz edilsin;

8.4. 52-ci maddənin 10.12-ci bəndindən “o cümlədən istehsalat tullantılarının” sözləri çıxarılsın.

Maddə 9. “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 128 (Cild I) 1-ci maddəsinin birinci hissəsinin yeddinci abzasında “məişət və istehsalat tullantılarının” sözləri “tullantıların” sözü ilə əvəz edilsin.

Maddə 10. “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 364 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

10.1. 16-cı maddə üzrə:

10.1.1. adında “İstehsal və məişət tullantılarının” sözləri “Tullantıların” sözü ilə əvəz edilsin;

10.1.2. 16.1-ci maddədə “istehsal və məişət tullantılarının” sözləri “tullantıların” sözü ilə əvəz edilsin;

10.1.3. 16.2-ci maddədə “İstehsal və məişət tullantıları” sözləri “Tullantıları” sözü ilə əvəz edilsin;

10.1.4. 16.3-cü maddədə “istehsal və məişət tullantıları” sözləri “tullantılar” sözü ilə əvəz edilsin;

10.2. 28.0.8-ci maddədə “sənaye və məişət tullantılarının” sözləri “tullantıların” sözü ilə əvəz edilsin.

Maddə 11. “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 10, maddə 870 (Cild I) 1.1.1-ci maddəsində “istehsal və məişət tullantılarında” sözləri “tullantılarda” sözü ilə əvəz edilsin.

Maddə 12. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 606 (Cild I) 10.0.2-ci maddəsində “istehsalat və məişət tullantıları ilə” sözləri “tullantılarla” sözü ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 fevral 2024-cü il 

SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:47
“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair əlavə tədbirlər haqqında”...

27 aprel 2024, 14:47
SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:45
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 874-VIQ...

27 aprel 2024, 14:45
SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:43
Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə...

27 aprel 2024, 14:43