“Antiinhisar fəaliyyəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Mülki müdafiə haqqında”, “Taxıl haqqında”, “Milli təhlükəsizlik haqqında”, “Dövlət sirri haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

02 fevral 2024, 16:26

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 9, maddə 224; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 17; 2001, № 6, maddə 360, № 11, maddələr 676, 683, № 12, maddə 736; 2003, № 1, maddə 5; 2004, № 2, maddə 57, № 4, maddə 202; 2006, № 12, maddə 1005; 2008, № 2, maddə 49, № 5, maddə 348, № 6, maddə 462; 2010, № 11, maddə 939; 2015, № 4, maddə 369; 2016, № 4, maddə 637; 2019, № 1, maddə 25; 2021, № 7, maddə 701; 2022, № 5, maddə 430) 4-cü maddəsinin birinci hissəsinin ikinci abzasından “və səfərbərlik” sözləri çıxarılsın.

Maddə 2. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 23-24, maddə 368; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 11, maddələr 676, 683, 686; 2002, № 5, maddə 241; 2003, № 1, maddə 1; 2004, № 1, maddə 6, № 2, maddə 57; 2005, № 8, maddə 684, № 12, maddə 1083; 2007, № 8, maddə 745; 2011, № 11, maddə 984; 2012, № 9, maddə 842; 2014, № 10, maddə 1157; 2017, № 5, maddə 722; 2018, № 6, maddə 1169; 2019, № 1, maddə 31, № 8, maddə 1384; 2023, № 2, maddə 210, № 4, maddə 455) 30-cu maddəsi ləğv edilsin.

Maddə 3. “Mülki müdafiə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 222; 2004, № 4, maddə 202; 2005, № 4, maddə 278, № 12, maddə 1083; 2018, № 7 (I kitab), maddə 1404; 2023, № 4, maddə 447) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 6-cı maddənin birinci hissəsinin 7-ci bəndində “maddi və maliyyə vəsaitləri ehtiyatı” sözləri “fövqəladə və maliyyə vəsaiti ehtiyatları” sözləri ilə əvəz edilsin;

3.2. 18-ci maddə üzrə:

3.2.1. adında “maddi və maliyyə vəsaitləri ehtiyatının” sözləri “fövqəladə və maliyyə vəsaiti ehtiyatlarının” sözləri ilə əvəz edilsin;

3.2.2. birinci hissədə “maddi və maliyyə vəsaitləri ehtiyatı” sözləri “fövqəladə və maliyyə vəsaiti ehtiyatları” sözləri ilə əvəz edilsin.

Maddə 4. “Taxıl haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 491; 2004, № 2, maddə 57; 2007, № 5, maddə 397; 2011, № 2, maddə 71; 2014, № 11, maddə 1373; 2016, № 7, maddə 1241; 2017, № 5, maddə 717; 2018, № 1, maddə 17; 2019, № 8, maddə 1383; 2021, № 10, maddə 1096; 2023, № 4, maddə 454) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 5.0.4-cü maddədə “fondu” sözü “ehtiyatı” sözü ilə əvəz edilsin;

4.2. 6.2-ci, 11.1-ci maddələr və II fəsil ləğv edilsin;

4.3. 7.2-ci maddədən “və dövlət taxıl fondunun yaradılması” sözləri çıxarılsın.

Maddə 5. “Milli təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 602; 2011, № 2, maddə 71; 2013, № 1, maddə 22) 19.2.1-ci maddəsində “ehtiyatların” sözü “və səfərbərlik ehtiyatlarının” sözləri ilə əvəz edilsin.

Maddə 6. “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 882; 2006, № 2, maddə 65, № 11, maddə 925; 2008, № 8, maddə 699; 2013, № 6, maddə 596; 2014, № 7, maddə 762; 2015, № 5, maddə 492; 2018, № 7 (I kitab), maddə 1401, № 11, maddə 2222; 2022, № 5, maddə 430; 2023, № 1, maddə 21) 5.2.1-ci maddəsindən “və səfərbərlik” sözləri çıxarılsın.

Maddə 7. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 683; 2023, № 2, maddə 451) aşağıdakı dəyişikliklər edilsin:

7.1. 4.3.14-cü maddədən “və dövlət ehtiyatlarının, habelə ərzaq mallarının və neft məhsullarının azaldılmaz” sözləri çıxarılsın;

7.2. 5.2.18-ci maddə ləğv edilsin.

Maddə 8. “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 10, maddə 870; 2007, № 11, maddə 1088; 2008, № 2, maddə 49, № 4, maddə 249, № 6, maddə 464; 2009, № 7, maddə 517; 2010, № 4, maddə 276; 2014, № 10, maddə 1164; 2016, № 12, maddə 2015; 2017, № 6, maddə 1026; 2018, № 7 (I kitab), maddə 1391; 2019, № 4, maddə 599; 2023, № 8 (I kitab), maddə 1115; Azərbaycan Respublikasının 2023-cü il 6 oktyabr tarixli 1002-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

8.1. II fəslin adından “dövlət” sözü çıxarılsın;

8.2. 10.2-ci maddənin birinci və ikinci cümlələrində “müvafiq dövlət” sözləri “qiymətli metalların və qiymətli daşların” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 dekabr 2023-cü il

SƏNƏDLƏR Sərəncamlar 13 may 2024
13:18
Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası...

13 may 2024, 13:18
SƏNƏDLƏR Fərmanlar 13 may 2024
13:16
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 aprel tarixli 1141-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi...

13 may 2024, 13:16
SƏNƏDLƏR Qanunlar 13 may 2024
13:14
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun...

13 may 2024, 13:14
SƏNƏDLƏR Fərmanlar 13 may 2024
12:57
“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 661-VIQ nömrəli Qanununun tətbiqi və...

13 may 2024, 12:57