Kristof dö Marjerinin ailəsinə

21 oktyabr 2014, 17:10

“Total” şirkətinin Direktorlar Şurasının Sədri və Prezidenti Kristof dö Marjerinin təyyarə qəzasında həlak olması xəbəri məni olduqca sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verir və səbir diləyirəm.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 21 oktyabr 2014-cü il.