İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğluna telefonla zəng edib

29 avqust 2014, 16:40

Prezident İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğluna telefonla zəng edib.

Dövlətimizin başçısı Əhməd Davudoğlunu Türkiyə Respublikasının yeni Baş naziri təyin edilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Əhməd Davudoğlu təbrikə və diqqətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Prezident İlham Əliyev və Baş nazir Əhməd Davudoğlu Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər. 

SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00