Moldova Respublikasının Prezidenti Zati-aliləri cənab Nikolaye Timoftiyə

26 avqust 2014, 18:25

Hörmətli cənab Prezident,

Moldova Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Moldova arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin hərtərəfli və dinamik inkişafı, əlaqələrimizin daha da genişlənməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Moldova xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 22 avqust 2014-cü il.