Belçikanın Kralı Əlahəzrət Filippə

19 iyul 2014, 18:00

Əlahəzrət,

Belçika Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Belçika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 17 iyul 2014-cü il.