Kambocanın Kralı Əlahəzrət Norodom Siamoniyə

08 noyabr 2012, 18:14

Əlahəzrət,

Kamboca Krallığının milli bayramı – Müstəqilliyin bərpası günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Kamboca arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kamboca xalqına sülh və rifah arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 31 oktyabr 2012-ci il.