Qəbələdə “Qafqaz Riverside” mehmanxanası istifadəyə verilmişdir

29 iyul 2010, 19:05
Qəbələdə “Qafqaz Riverside”  mehmanxanası istifadəyə verilmişdir

Prezident İlham Əliyev Qəbələdə “Qafqaz Riverside” mehmanxanasının açılışında iştirak etmişdir. 

Dövlət başçısı açılışı bildirən lenti kəsdi və turizm obyekti ilə yaxından tanış oldu.

Məlumat verildi ki, 2008-ci ilin avqustunda inşasına başlanılan beşulduzlu mehmanxana “Gilan Turizm” şirkətinə daxil olan ən böyük layihələrdən biridir. Dövlət başçısı bu ilin fevralında Qəbələyə səfəri zamanı mehmanxananın tikintisi ilə tanış olmuşdur.

Bildirildi ki, 16 hektar ərazidə yerləşən və sahəsi 2 min 250 kvadratmetr olan mehmanxana 7 mərtəbəli əsas korpusdan və kotteclərdən ibarətdir. Avanqard və modern arxitektura üslublarının sintezi əsasında inşa edilən binanın interyerinin tərtibatında xaricdə hazırlanmış mebel və aksessuarlardan istifadə olunmuşdur. Burada 96-sı “Superior”, 12-si “Junior suit”, 6-sı “Deluks suit”, 4-ü “Dubleks suit” və 5-i “Kral suit” olmaqla, cəmi 123 nömrə vardır. Nömrələrdə qonaqların istirahətinin yüksək səviyyədə təmin edilməsi üçün hər cür şərait yaradılmışdır. Bütün otaqlar rəqəmli seyf, minibar, havalandırma sistemləri, peyk televiziya antenası, beynəlxalq telefon xətti, kabelsiz internetlə təchiz edilmişdir.

Diqqətə çatdırıldı ki, mehmanxananın ərazisində yüksək standartlara cavab verən 38 kottec inşa olunmuşdur. Ailəvi istirahət üçün ideal şəraitə malik olan kotteclərdə amerikan mətbəxi qonaqların ixtiyarına verilmişdir. Mehmanxananın qonaqları gün ərzində otaq xidməti, faks-kseroks, örtülü avtodayanacaq, camaşırxana, ticarət mərkəzi, avtobus, tibbi yardım xidmətlərindən də faydalana bilərlər. Burada 300 nəfərlik yeməkxana və sifarişlə işləyən 150 nəfərlik restoran fəaliyyət göstərir.

Restoranda qonaqlar Azərbaycan və dünya mətbəxinin ləziz təamlarını dada bilərlər. Mehmanxanada  zəngin menyu təqdim edən bir neçə bar da vardır. Açıq havada xoş saatlar keçirmək istəyənlər üçün 70 nəfərlik bağça yaradılmışdır. Bundan əlavə, zəngin çeşiddə şirniyyat güşəsi də qonaqların xidmətindədir. Konfrans, iclas, seminar, təqdimat mərasimlərinin keçirilməsi üçün burada 25 nəfərlik iki və 150 nəfərlik bir iclas zalları vardır. Mehmanxanada sağlamlıq mərkəzi, sauna, türk hamamı, açıq və örtülü hovuz, idman zalı da yaradılmışdır. Qonaqlar asudə vaxtlarını bilyard və stolüstü oyun zallarında səmərəli keçirə bilərlər. Uşaqlar da unudulmamışlar, onların əylənməsi üçün oyun meydançası inşa olunmuşdur.
 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10