“Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
11 avqust 2011, 17:20
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, teleradio sahəsində fəaliyyətin lisenziyalaşdırılmasını təkmilləşdirmək məqsədi ilə qərara alıram:
“Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 9, maddə 555; 2003, № 3, maddə 153, № 10, maddə 570; 2005, № 2, maddə 69, № 4, maddələr 301, 307, № 8, maddə 721, № 10, maddə 919, № 12, maddələr 1104, 1117; 2006, № 7, maddə 591, № 9, maddə 743, № 11, maddə 945, № 12, maddə 1057; 2007, № 6, maddə 618, № 8, maddələr 759, 765, № 10, maddə 943, № 11, maddələr 1098, 1106; 2008, № 8, maddə 718, № 9, maddə 799, № 11, maddə 969, № 12, maddə 1059; 2009, № 2, maddə 64, № 3, maddə 163, № 8, maddələr 619, 621, № 10, maddə 785, № 11, maddə 884; 2010, № 2, maddə 80, № 3, maddə 180, № 9, maddə 776, № 12, maddə 1061; 2011, № 2, maddə 85, № 4, maddə 288; Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyun tarixli 436 nömrəli Fərmanı) 2 nömrəli əlavənin - "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nin 33-cü hissəsi aşağıdakı redaksiyada verilsin:
33.
|
Teleradio yayımı:
|
Milli Televiziya və Radio Şurası
|
|
33.1.
|
ümumrespublika televiziya yayımı
|
11 000
|
|
33.2.
|
Bakı şəhəri üzrə televiziya yayımı
|
5 500
|
|
33.3.
|
regional televiziya yayımı
|
3 000
|
|
33.4.
|
ümumrespublika radio yayımı
|
5 000
|
|
33.5.
|
Bakı şəhəri üzrə radio yayımı
|
2 500
|
|
33.6.
|
regional radio yayımı
|
1 000
|
|
33.7.
|
əlavə informasiya yayımı
|
1 000
|
|
33.8.
|
abonentlərinin sayı 5 000-dək olan kabel şəbəkəsi yayımı
|
3 000
|
|
33.9.
|
abonentlərinin sayı 5 000-dən yuxarı olan kabel şəbəkəsi yayımı
|
5 000
|
|
33.10.
|
peyk уayımı
|
|
1 000
|
33.11.
|
xarici teleradio kanallarının peyk vasitəsilə teleradio yayımının kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət
|
1 000
|
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 avqust 2011-ci il.