İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

23 iyul 2015, 10:50
İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorliki (ABŞ), İqor Popovu (Rusiya), Pyer Andryönü (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar danışıqların hazırkı vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.