11:20
Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və Füzuli şəhərinin Baş planı ilə tanış olublar.
25 aprel 2024, 11:20
Prezident İlham Əliyev Misir Ərəb Respublikasının Cənubi Sinay əyalətinin qubernatoru Xaled Foudanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı qubernator Xaled Foudanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin uğurlu olacağına və ölkəmizlə yaxından tanışlıq üçün yaxşı imkan yaradacağına əminliyini bildirdi. Prezident İlham Əliyev ölkələrimiz arasında həm ikitərəfli, həm çoxtərəfli və eləcə də regionlararası əməkdaşlıq əlaqələrinin yüksək səviyyəyə qaldırılmasının önəmini vurğuladı və bu əlaqələrin inkişaf etdirilməsinin daim diqqət mərkəzində saxlanılmasının zəruriliyini bildirdi. Xalqlarımızın bir-birinə böyük rəğbət bəslədiyini deyən dövlətimizin başçısı əməkdaşlığımızın yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da səfərin əhəmiyyətini qeyd etdi.
Cənubi Sinay əyalətinin qubernatoru Xaled Fouda Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, 28 May - Respublika Günü münasibətilə dövlətimizin başçısını təbrik etdi. Xaled Fouda Azərbaycana ilk dəfə səfər etməsinə baxmayaraq, artıq ölkəmizdə gedən sürətli inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını dedi. Misirli qonaq Azərbaycanın regionda aparıcı ölkə olduğunu qeyd edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dünyada dinlərarası və mədəniyyətlərarası dialoqun genişləndirilməsi, regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi işində mühüm rol oynadığını vurğuladı. Birinci Avropa Oyunlarının ilk dəfə olaraq Azərbaycanda keçirilməsini yüksək qiymətləndirən Xaled Fouda 2017-ci ildə İslam Həmrəylik Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı qəbul olunmuş qərarın önəmini də vurğuladı.
Dövlətimizin başçısı Prezident Əbdülfəttah əs-Sisinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Misir dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və Füzuli şəhərinin Baş planı ilə tanış olublar.
25 aprel 2024, 11:20Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gəlib.
Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Qırğız...
25 aprel 2024, 11:09Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...
24 aprel 2024, 13:06Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...
24 aprel 2024, 13:04Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının...
24 aprel 2024, 13:02Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində uzunmüddətli...
24 aprel 2024, 13:00