İlham Əliyev Vyetnamın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

19 aprel 2015, 14:00
İlham Əliyev Vyetnamın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nquyen Than Şonun etimadnaməsini qəbul edib.

Səfir Nquyen Than Şon fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Nquyen Than Şon etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Vyetnam Sosialist Respublikasına ötənilki səfərini, orada Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyi və aparılan səmərəli müzakirələri məmnunluqla xatırladı. Yüksək səviyyəli qarşılıqlı təmasların ölkələrimiz arasında əlaqələrin dinamik və uğurlu inkişafının göstəricisi olduğunu deyən Prezident İlham Əliyev mövcud əlaqələrin hazırkı vəziyyətinin razılıq doğurduğunu qeyd etdi. Prezident İlham Əliyev səfirin fəaliyyətinin ikitərəfli münasibətlərin gücləndirilməsi işinə töhfəsini verəcəyinə əminliyini ifadə etdi. 

Səfir Nquyen Than Şon Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanqın salamlarını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırdı. Nquyen Than Şon ölkəsinin Azərbaycan ilə dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsində və daha da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd etdi. Prezident İlham Əliyevin Vyetnama səfərinin onlarda xoş təəssürat yaratdığını deyən səfir ölkəsində ulu öndər Heydər Əliyevi və onun rəhbərliyi dövründə Azərbaycanın əldə etdiyi uğurları çox gözəl xatırladıqlarını bildirdi. 

Dövlətimizin başçısı İlham Əliyev Prezident Truonq Tan Sanqın salamlarına və ən xoş arzularına görə minnətdarlığını bildirdi, onun da salamlarını Vyetnam dövlətinin başçısına çatdırmağı xahiş etdi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10