İlham Əliyev Monteneqronun Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

28 mart 2015, 18:55
İlham Əliyev Monteneqronun Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Monteneqro Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Branko Miliçin etimadnaməsini qəbul edib.

Səfir Branko Miliç fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Branko Miliç etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Səfir Branko Miliç Monteneqro Respublikasının Prezidenti Filip Vuyanoviçin, Baş nazir Milo Dukanoviçin və parlamentin sədri Ranko Krivokapiçin salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrinin bundan sonra daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini dedi.

Dövlət başçısı Azərbaycan ilə Monteneqro arasında münasibətlərin uğurlu inkişafından məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli əlaqələrin xüsusilə son bir neçə ildə sürətlə inkişaf edərək yaxşı nəticələr əldə olunduğunu vurğuladı. Dövlətimizin başçısı münasibətlərimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi.

Prezident İlham Əliyev Prezident Filip Vuyanoviçin, Baş nazir Milo Dukanoviçin və parlamentin sədri Ranko Krivokapiçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Monteneqro dövlətinin başçısına, Baş nazirinə və parlamentin sədrinə çatdırmağı xahiş etdi.

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:04
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...

24 aprel 2024, 13:04