İlham Əliyevin Bolqarıstanın Baş naziri Boyko Borisov ilə geniş tərkibdə görüşü olub

04 mart 2015, 17:10
İlham Əliyevin Bolqarıstanın Baş naziri Boyko Borisov ilə geniş tərkibdə görüşü olub

Prezident İlham Əliyevin Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov ilə geniş tərkibdə görüşü olub.

Görüşdə siyasi əlaqələrimizin yüksək səviyyədə olduğu bildirildi. Azərbaycan Prezidentinin Bolqarıstana rəsmi səfərinin iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərinin müzakirə edilməsi üçün önəmli olduğu vurğulandı. Ölkələrimizin energetika sahəsində, həmçinin “Cənub” qaz dəhlizi layihəsində uğurlu əməkdaşlığının önəmi qeyd olundu. Azərbaycan ilə Bolqarıstan arasında dostluq münasibətlərinin əlaqələrimizin daha da genişləndirilməsinə təkan verdiyi bildirildi.

Söhbət zamanı, həmçinin infrastruktur, sənaye, nəqliyyat, maliyyə, turizm, idman, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photo