İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin görüşü olmuşdur

24 aprel 2014, 22:15
İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin görüşü olmuşdur

Prezident İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə Polşa arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğu vurğulandı və bu əlaqələrin inkişaf etdirilməsinin önəmi qeyd edildi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıldı.

Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə edildi.

Polşa Prezidenti Bronislav Komorovski dövlətimizin başçısını ölkəsinə səfərə dəvət etdi.