İlham Əliyev Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının növbəti Sammitində iştirak etmişdir

24 aprel 2014, 19:30
İlham Əliyev Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının növbəti Sammitində iştirak etmişdir

Çex Respublikasının paytaxtı Praqa şəhərində Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının növbəti Sammiti işə başlamışdır.

Bu Sammit “Şərq tərəfdaşlığı”nın 2009-cu ildə keçirilmiş Praqa Sammitinin beşinci ildönümünə həsr olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak etmişdir.

Sammit Praqa qəsrində dövlət və hökumət başçılarının rəsmi qarşılanma mərasimi ilə başladı.

İştirakçı ölkələrin dövlət bayraqlarının dalğalandığı meydanda dövlət və hökumət başçılarının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Çexiya Prezidenti Miloş Zeman Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycan Respublikasının dövlət himni səsləndi.

Sonra dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.

Daha sonra Sammitin birinci iclası keçirildi.

Prezident İlham Əliyev iclasda iştirak etdi.

Çex Respublikasının Prezidenti Miloş Zeman Sammiti açaraq iştirakçı ölkələrin dövlət və hökumət başçılarını salamladı. O, “Şərq tərəfdaşlığı” Proqramının ötən beş ildə böyük inkişaf yolu keçdiyini dedi, bu istiqamətdə görülən tədbirlərin iştirakçı ölkələri Avropa dəyərlərinə və meyarlarına daha da yaxınlaşdırdığını vurğuladı.

Çexiya dövlətinin başçısı qarşıda duran vəzifələrdən danışarkən əmin olduğunu bildirdi ki, ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq əlaqələri bundan sonra da davam etdiriləcəkdir.

Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle “Şərq tərəfdaşlığı” Proqramının beşinci ildönümü münasibətilə təbriklərini çatdırdı. Komissar bu görüşün 2013-cü ildə Vilnüsdə keçirilmiş “Şərq tərəfdaşlığı” Sammiti ilə gələn il Riqada təşkil ediləcək növbəti Zirvə görüşü arasında bir bağlantı olduğunu diqqətə çatdırdı.

Sonra müzakirələr başladı.

“Şərq tərəfdaşlığı” Proqramı Avropa İttifaqının yeni layihələrindən biri hesab olunur. Proqram 2008-ci ilin mayında Avropa İttifaqının üzvləri olan Polşa və İsveç tərəfindən irəli sürülmüşdür. Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistanı əhatə edən “Şərq tərəfdaşlığı” Avropa İttifaqının qonşuluq siyasəti çərçivəsində MDB dövlətləri ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsüdür. Bu proqram Avropa İttifaqına daha da yaxınlaşmağı, sabitlik, yaxşı idarəçilik və iqtisadi inkişafı təşviq etməyi nəzərdə tutur, demokratiya, qanunun aliliyi, insan hüquqlarına və əsas azadlıqlara hörmət, bazar iqtisadiyyatı və davamlı inkişaf kimi ümumi dəyərlərə əsaslanır.

“Şərq tərəfdaşlığı” Sammiti ilk dəfə 2009-cu ilin mayında Praqada keçirilmişdir. İkinci Sammit 2011-ci ilin sentyabrında Varşavada, üçüncüsü isə ötən ilin noyabrında Vilnüsdə təşkil edilmişdir. 

X X X

Aprelin 24-də Çex Respublikasının Prezidenti Miloş Zemanın adından “Şərq tərəfdaşlığı” Proqramının qəbul edilməsinin beş illiyinə həsr olunmuş Sammitdə iştirak etmək üçün Praqada səfərdə olan dövlət və hökumət başçılarının şərəfinə nahar verilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev naharda iştirak etmişdir.

Sonra konsert proqramı olmuşdur.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10