İlham Əliyev Niderland Krallığı Senatının nümayəndə heyətini qəbul etmişdir

23 aprel 2014, 14:45
İlham Əliyev Niderland Krallığı Senatının nümayəndə heyətini qəbul etmişdir

Prezident İlham Əliyev Niderland Krallığı Senatının üzvü Rene Van der Lindenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurlu inkişafı məmnunluqla qeyd olundu, Niderland Krallığı Senatının üzvü Rene Van der Lindenin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığımızın daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edildi.